Skip to content Skip to sidebar Skip to footer

Hovuzunuzun təmiz və sağlam qalması, istirahətinizin əsas şərtidir. Biz hovuz təmizliyini təkcə kosmetik bir iş deyil, həm də sağlamlıq və gigiyena üçün vacib bir prosedur hesab edirik. Peşəkar komandamız keyfiyyətli Pooltech kimyəvi maddələri ilə hovuzunuzu daim kristal kimi təmiz olmasını təmin edir.

Xidmətlərimizə daxildir:

Periodik Təmizlik: Hovuzun döşəmə və divarlarının xüsusi avadanlıqlarla təmizlənməsi, hovuz suyundan kənar hissəciklərin və çirklərin təmizlənməsi.

Suyun Dərin Təmizliyi: Filtr sisteminin təmizlənməsi və yuyulması. Suyun ideal səviyyədə olması üçün pH və digər kimyəvi göstəricilərin müntəzəm olaraq yoxlanılması və tənzimlənməsi..

Suyun Kimyəvi Balansının Tənzimlənməsi: Suyun tərkibinin yerindəcə xüsusi test avadanlığı ilə yoxlanılması və zəruri kimyəvi təmizləyicilərlə balanslaşdırılması. Bu, suyun bakteriyalardan, yosunlardan və digər zərərli mikroorqanizmlərdən azad olmasını təmin edir.

Avadanlıqların Nəzarəti: Filtr nasosları, skimmerlər və digər təmizləyici avadanlıqların düzgün işləməsinə nəzarət və onların ehtiyac olduqda servisi.

Təmiz su mükəmməl istirahətin əsasıdır. Biz bu əsası qurmaq üçün buradayıq.

 

 

Pooltech” MMC olaraq hovuz, fəvvarə və su təmizləmə sistemləri üçün keyfiyyətli materialların və peşəkar avadanlıqların satışını həyata keçiririk.

Şirkət məlumatları

Ünvan: Nərimanov rayonu,Mirzə Uluqbəy küçəsi, 93A

Mobil: +994 70 204 94 22                                         
Şəhər: (+994 012) 465 06 78 \ 79
Email: office@pooltech.az
Bizi sosial mediada izləyin

Şirkət haqqında ən son xəbərləi və yenilikləri sosial media hesablarımızdan da izləyə bilərsiniz

Vhstudio © 2023-2026. Müəllif hüquqları qorunur.