Bu fərdi layihədə məqsədimiz, yaşayış evinin minimalist və zərif memarlığına tam uyğun gələn, eyni zamanda təbiətlə vəhdət hissi yaradan bir istirahət məkanı yaratmaq idi. Nəticə etibarı ilə, hovuzun dizaynında xüsusi diqqət tələb edən rənglər və kənar detallar əsas fokus nöqtəsi oldu.
Hovuzun daxili üçün İspan brendi Rosa Gres-in Trésor Bali kolleksiyası seçildi.Bu rəng effekti hovuzu sadə bir su hövzəsindən, ekzotik,təbii bir görünüşünə çevirir. Materialın bu xüsusiyyəti həyətyanı sahədəki yamyaşıl bağ ilə mükəmməl vizual harmoniya yaradır.
Hovuz kənarındakı açıq rəngli terras daşları Trésor Bali-nin dərin rənginə təmiz və dəbli bir fon yaratdı. Hovuzun içərisində pilləkənlər boyunca yerləşdirilmiş uzanma zonaları bu layihədə istirahət keyfiyyətini maksimuma çatdırır.
Layihələrimizdə istifadə etdiyimiz materialların keyfiyyəti qədər, tətbiq metodlarının da ən yüksək səviyyədə olmasına diqqət edirik.








