Description
Aquathin cəmi 3 mm-lik çərçivə qalınlığı ilə dünyanın ən incə hovuz lampası titulunu daşıyır. Müasir memarlıq normalarının tələb etdiyi incəlik və zəriflik meyarlarına cavab verən məhsullar axtaran layihələrin sayı günbəgün artır. “AQUATHIN” yeni nəsil hovuz lampası isə həm elektron və mexaniki cəhətdən yüksək səmərəliliyi, həm də incə və zərif quruluşu sayəsində hovuz işıqlandırma tətbiqləri üçün misilsiz bir seçimdir.
Məhsulda Alüminium PCB üzərində 225 ədəd yüksək effektivliyə malik Samsung marka LED istifadə edilib. Bu da lampanın 5960 lümengüclü işıqlandırma səviyyəsinə çatmasına imkan verir. Daxilindəki regulyator xüsusiyyəti sayəsində sistemdə baş verə biləcək ani gərginlik dalğalanmalarından qorunur. Xüsusi olaraq 3 pilləli izolyasiya dizaynı ilə güclü və etibarlı IP68 qoruma təmin edir. İstifadə zamanı üzərinə düşə biləcək yük və zərbələrə qarşı da tamamilə davamlıdır.


