Bu layihədə məqsədimiz, hovuz sahəsini təkcə istirahət yeri deyil, həm də təbii Balinin ekzotik cazibəsini və müasir texnologiyanın rahatlığını özündə birləşdirən bir məkana çevirmək idi. Bu viziyaya nail olmaq üçün, premium Ispan porselenini və etibarlı Astralpool avadanlıqlarını bir araya gətirmək idi.
Hovuzun daxili üzlənməsi üçün Rosa Gres brendinin məşhur Trésor Bali kolleksiyası seçildi. Bu porselen Balidəki vulkanik daşların teksturasından ilhamlanıb və hovuz suyuna heyranedici yaşılımtıl-firuzəyi rəng verir. Trésor Bali hər axtardığınız sakitliyi və fərqliliyi təmin edir, eyni zamanda yüksək Antislip (sürüşməyə qarşı) xüsusiyyəti və kimyəvi maddələrə davamlılığı ilə uzunömürlü təhlükəsizliyə zəmanət verir.
Hovuz ətrafındakı terras sahəsi üçün isə Rosa Gres-in Mythos Dune kolleksiyasının neytral və zərif daşları istifadə olundu. Bu daşlar təbii qum və torpaq tonlarını əks etdirən, zərif və dəbli bir fon yaradır. Mythos Dune-un sakit tonları Trésor Bali-nin ekzotik rəngi ilə gözəl balans quraraq,məkanda təmiz və ahəngdar bir görünüş təmin edir.
Layihənin funksional tərəfində isə dünya səviyyəli Astralpool avadanlıqlarına üstünlük verdik. Yüksək keyfiyyətli jetlər, effektiv dib süzgəcləri və pnevmatik jet düyməsi sayəsində hovuzun işləməsi qüsursuz və idarə olunması asandır. Bu avadanlıqlar həm də hovuzun təmizliyini və gözəlliyini gecə-gündüz qorumağa kömək edir.
Nəticə olaraq bu layihədə İspan porseleninin vizual cazibəsini Astralpool-un texniki etibarlılığı ilə birləşdirərək, müştərimizə zövq ala biləcəyi məkanı təhvil verdik.






