Bu layihədə müştərimizin istirahət məkanını Aralıq dənizi sahillərinin sakitliyini və təravətini əks etdirən bir məkana çevirdik. Hovuzun və ətraf sahənin üzlənməsində İspaniyanın aparıcı brendi olan Rosa Gres – in Coral Blue və Mayorun ceramica – nın Stromboli Light kolleksiyasına üstünlük verdik.Nəticədə, keyfiyyət və davamlılıq sahəsində tanınan iki aparıcı beynəlxalq brendin məhsullarını ahəngdar şəkildə birləşdirdik.
Hovuzun daxili üzlənməsi üçün Rosa Gres-in Coral Blue kolleksiyası seçildi. Dəniz dibindən ilhamlanmış bu xüsusi porselen hovuza inanılmaz bir firuzəyi-mavi dərinlik və canlılıq bəxş edir. Ətrafdakı terras sahəsi isə Mayor (Stromboli Light) kolleksiyasının daşları ilə üzləndi. Təbii vulkanik daşın sakit gözəlliyindən ilhamlanan bu daşlar, sakit, müasir və zamansız bir görünüş təqdim edir.
Hovuzun ətrafındakı terras sahəsi isə Mayor firmasının Crosscut Petra kolleksiyasından olan daşlarla üzləndi. Bu daşlar travertin təbiət daşının kəsimini imitasiya edərək, məlumdur olduğu təbii və isti teksturası ilə məkanın dəbdəbəsini artırır. Crosscut Petra-nın neytral, lakin zəngin tonları Coral Blue-nun dinamik rəngi ilə mükəmməl bir kontrast yaradır
Porselenlerin kimyəvi maddələrə davamlılığı və yüksək Antislip (sürüşməyə qarşı) səthi həm estetik, həm də təhlükəsizlik baxımından arzuladığınız nəticəni əldə edə bilərsiniz.









